Yük maşınında 310 qanunsuz mühacir yaxalandı

Yük maşınında 310 qanunsuz mühacir yaxalandı

Publika.az Meksika mətbuatın istinadla xəbər verir ki, Veracruz-Puebla şossesində yanacaqdoldurma məntəqəsində gözləyən yük maşını polisin gündəlik yoxlamaları çərçivəsində axtarışa verilib.

Treylerdə olan 115-i qadın olmaqla 310 mühacir sağlamlıq mərkəzinə aparılıb.

Mühacirlərin nəzarəti zamanı 21 nəfərin səhhətində ciddi problem yarandığı, 2 qadının hamilə olduğu bildirilib.

Səlahiyyətlilərin verdiyi açıqlamada mühacirlərin əksəriyyətinin Mərkəzi və Cənubi Amerikadan olan insanlardan ibarət olduğu bildirilib.

Milli Miqrasiya İnstitutunun (INM) məlumatına görə, 2021-ci ildə Meksikada 114 mindən çox əcnəbi deportasiya edilib. Həmin il ölkəyə 131 min 448 nəfərin qaçqın üçün müraciət etdiyi və onlardan 51 mini haitili olduğu paylaşılıb.

Ölkələrində zorakılıq, işsizlik və yoxsulluq kimi problemlər səbəbiylə daha yaxşı həyat qurmaq üçün Amerika Birləşmiş Ştatlarına getməyə cəhd edən qanunsuz mühacirlər çox vaxt insan alverçilərinin əlinə düşür.

Uzun illərdir Mərkəzi Amerika ölkələrini tərk edən çoxlu sayda qanunsuz mühacir Qvatemala və Meksika üzərindən ABŞ-a çatmağa çalışır.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 + sixteen =