Madridin mərkəzində güclü partlayış: çox sayda yaralı var

Madridin mərkəzində güclü partlayış: çox sayda yaralı var

Publika.az xəbər verir ki, bu barədə “Sinxua” yazır .

İlkin məlumatlara görə, partlayışa qaz sızması səbəb olsa da, araşdırma hələ də davam edir. Yaralılardan üçünün vəziyyəti ağırdır.

Madrid meri Xose Luis Almeyda deyib ki, ölüm halları tamamilə istisna edilə bilməz..

İtkin düşən iki nəfər inşaatçılardır ki, partlayış zamanı binanın üçüncü mərtəbəsində olduqları ehtimal edilir. Xilasedicilər itlər və dronların köməyi ilə iki metrlik xarabalıq təbəqəsi altında insanları tapmağa çalışırlar.

Madrid yanğınsöndürmə xidməti rəhbərinin sözlərinə görə, partlayışdan sonra bina qeyri-sabit vəziyyətdədir, uçmaq təhlükəsi var.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 3 =