Ənsarullah Tel-Əvivdəki şəhadət əməliyyatı ilə bağlı bəyanat yayıb

Ənsarullah Tel-Əvivdəki şəhadət əməliyyatı ilə bağlı bəyanat yayıb

Yəmənin Ənsarullah hərəkatı işğal olunmuş ərazilərdə davamlı şəhadət əməliyyatları həyata keçirən Fələstin xalqını təbrik edərkən, Fələstinin işğalı altında olduğu müddətdə sionist rejimin təhlükəsizliyi pozmaqdan əl çəkməyəcəyini vurğulayıb.

Yəmənin Ənsarullah hərəkatının siyasi bürosu bu gün (cümə) fələstinlilərin Tel-Əviv yaxınlığında, dünən gecə şəhidlik əməliyyatı ilə bağlı bəyanat yayıb.

Ənsarullah siyasi bürosunun yaydığı bəyanatda deyilir:

 “Biz Fələstinin düşmən İsrail qüvvələrinə qarşı əməliyyatlarını və düşmənin son zamanlardakı gərgin hərəkətlərinə və onların İslamın müqəddəs məkanlarına daxil olmasına cavab olaraq həyata keçirilən qəhrəmancasına Əl-Ad əməliyyatını təbrik edirik.”

Ənsarullah əlavə edib: “Fələstin mücahidləri və qəhrəman oğullarını düşmən rejimini lərzəyə salan əməliyyatlar həyata keçirdiyi üçün təbrik edirik.

 “Biz bütün İslam ümmətinin övladlarını Fələstin xalqının cihadını və İsrail zorakılığına qarşı müqəddəs Qüdsünün qələbəsini dəstəkləməyə çağırırıq.”

Bu bəyanatın yekun hissəsində deyilir:

Düşmən rejiminin bilməli olduğu budur ki, Fələstin torpağı işğal altında olduqca İsrail təhlükəsizlik və sülhə nail olmayacaq və münasibətlərin normallaşmasından məğlubiyyət və ümidsizlikdən başqa, bir şey qazanmayacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − four =