İordaniya: Sionist rejim 2 milyard müsəlmanın səbrini sınamamalıdır

İordaniya: Sionist rejim 2 milyard müsəlmanın səbrini sınamamalıdır

İordaniya Parlamentində Fələstin Komitəsi müsəlmanların Məscidül-Əqsa üzərində mütləq qəyyumluğunu vurğulamaqla yanaşı, sionist rejimə xəbərdarlıq edib ki, 2 milyard müsəlmanın səbrini sınamayın.

İordaniya Nümayəndələr Palatasındakı Fələstin Komitəsi bazar günü İsrailin baş naziri Naftali Bennetin rejimin Məscidül-Əqsa üzərindəki hökmranlığı ilə bağlı açıqlamalarını pisləyib və onu 2 milyard müsəlmanın səbrini sınamamağa çağırıb.

Komitə sədri Məhəmməd Əz-Zəhravi tərəfindən oxunan bəyanatda bu cür bəyanatların regionda dini müharibələri qızışdıracağı və işğal altındakı Qüds və Məscidül-Əqsada tarixi və dini reallığa qarşı çevriliş təşkil edəcəyi barədə xəbərdarlıq edib.

İordaniya parlamentindəki Fələstin Komitəsi eyni zamanda müsəlmanların ilk qibləsi olan Əl-Əqsa məscidinə təcavüzün davam etdirilməsinin nəticələri barədə xəbərdarlıq edib.

Əz-Zəhravi daha sonra Məscidül-Əqsaya qəyyumluğun müsəlmanların ayrılmaz hüququ olduğunu deyib və vurğulayıb ki, İsrail müdafiəsiz Fələstin xalqına qarşı terror və cinayət əməlləri törədən müstəmləkəçi və işğalçı gücdür və onun müqəddəs şəhər üzərində heç bir dini, tarixi və hüquqi legitimliyi yoxdur.

Komitə həmçinin Məscidül-Əqsanın zaman və məkan bölgüsünə qarşı çıxdığını və ona qarşı birbaşa və dolayı təzyiqlərə qarşı durmağın vacibliyini vurğulayıb və Qüdsün Fələstinin əbədi paytaxtı olaraq qalacağını bəyan edib.

İsrailin baş naziri Naftali Bennet bazar günü Nazirlər Kabinetinin iclasında bildirib ki, İsrail Qüdsü heç bir kənar mülahizə olmadan idarə edəcək və Məscidül-Əqsa və şəhərlə bağlı bütün qərarları verəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × three =