Boliviyada universitetdə iğtişaş olub, 4 nəfər ölüb, 70 nəfər yaralanıb

Boliviyada universitetdə iğtişaş olub, 4 nəfər ölüb, 70 nəfər yaralanıb

Boliviyada Potosi əyalətində universitetdə tələbə şurasının seçkisi zamanı baş verən iğtişaş nəticəsində 4 nəfər ölüb, 70 nəfər yaralanıb.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə bölgənin başçısı məlumat verib.

Onun sözlərinə görə, yaralılardan 5-nin vəziyyəti ağırdır.

Bildirilib ki, yüzlərlə insan seçki ilə bağlı qapalı idman zalında bir araya gəlib. Onların arasında mübahisə düşüb, nəticədə 4 nəfər öülb, 70 nəfər yaralanıb.

Vurğulanıb ki, 2021-ci ilin mart ayında başqa bir universitetdə tələbə toplantısı zamanı məhəccərlərin uçması nəticəsində 12 nəfər ölmüşdü.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × four =