ABŞ veb saytı: İran hərbi texnologiyada nəzərəçarpacaq irəliləyişə malikdir

ABŞ veb saytı: İran hərbi texnologiyada nəzərəçarpacaq irəliləyişə malikdir

İran Dəniz Qüvvələrinə iki yerli “Zaqros” və “Dəmavənd 2” Esmineslərinin qoşulacağına toxunan ABŞ-ın veb saytı İranın hərbi texnologiyada nəzərçarpacaq irəliləyiş əldə etdiyini vurğulayıb.

ABŞ-ın “Defense Post” dərgisi İran Hərbi Dəniz Qüvvələrinə yaxın zamanlarda qatılacaq iki yerli hərbi dəniz daşıyıcısı ilə əlaqədar İranın Hərbi Dəniz Qüvvələrinin komandanı tərəfindən verilən son açıqlamasına münasibət bildirib.

İran Hərbi Dəniz Qüvvələrinin komandanı Admiral Şəhram İrani bildirib ki, yerli Esmineslərin istehsalı proqrama uyğun davam edir və tezliklə istifadəyə veriləcək.

Defens Post yazıb: Son illərdə İran özünəməxsus yerli avadanlıq istehsalı ilə hərbi donanmasını təchiz edir ki, bu da İranın texnologiyada əhəmiyyətli irəliləyişini göstərir. Məlumatda iki Esminesin xüsusi bir tarixdə və rəsmi mərasimdə Hərbi Dəniz Donanmasına təhvil veriləcəyi də bildirilib.

Keçən ilin iyun ayında İran donanması “Dena” Esminesini və “Şahin” minatəmizləyənini təhvil almışdı.

Hesabata görə, “Dena” Cəmaran Sinfinə aid dördüncü Esminesidir və müxtəlif hava, yer və sualtı təhdidləri aşkar etmək, hədəf almaq və məhv etmək imkanı verən bir sıra müdafiə sistemləri ilə təchiz olunmuş helikopterə malikdir. Digər tərəfdən, “Şahin” minatəmizləyəni də dənizlərdəki minaları aşkarlaya və onları zərərsizləşdirə bilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × four =