Şri-Lankada etirazçılar istefa verən baş nazirin iqamətgahını yandırıb

Şri-Lankada etirazçılar istefa verən baş nazirin iqamətgahını yandırıb

Şri-Lankada hökumət əleyhinə etiraz aksiyaları davam edir.

APA xəbər verir ki, bu barədə “ANI News” xəbər agentliyi məlumat yayıb.

Etirazlar zamanı 5 nəfər ölüb. Ümumilikdə 150-yə yaxın insan yaralanıb.

Hadisələr fonunda baş nazir Mahinda Rajapaksa istefa verib.

Ada dövlətinin şimal-qərb hissəsindəki Kuruneqala şəhərində Rajapaksa məxsus ev etirazçılar tərəfindən yandırılıb.

Onlar həmçinin bir neçə deputat və nazirin evini yandırdıqlarını bildirir.

“Şri-Lankada emosiyalar gərgin olduğu üçün mən insanlarımzı təmkinli olmağa və zorakılığa son qoymağa çağırıram. Bizim düşdüyümüz bu iqtisadi böhrandan çıxmaq üçün hökumət həll yolları axtarır”, – deyə nazir “Twitter“səhifəsində yazıb.

Adada komendant saatı tətbiq edilib.

Aprelin əvvəlindən ölkədə əhalinin həyat şəraitinin pisləşməsinə, yanacağın, ərzaq və zəruri malların çatışmazlığına qarşı kütləvi etiraz aksiyaları başlayıb.

Böhrana pandemiya ilə əlaqədar xarici turizmin azalması səbəb olub ki, bu da valyuta ehtiyatlarının azalmasına gətirib çıxarıb.

Şri-Lankanın xarici borcu 51 milyard dollar qiymətləndirilir.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − 8 =