Mark Espir də Trampın Qasim Süleymaniyə sui-qəsdlə bağlı əsaslandırmalarını rədd edib

Mark Espir də Trampın Qasim Süleymaniyə sui-qəsdlə bağlı əsaslandırmalarını rədd edib

ABŞ-ın keçmiş müdafiə naziri “Müqəddəs and” adlı yeni kitabında Donald Trampın General Qasim Süleymaninin öldürülməsi ilə bağlı əsaslandırmalarını rədd edib.

Bu günlərdə Donald Tramp administrasiyasındakı fəaliyyəti ilə bağlı kitab nəşr etməyə hazırlaşarkən manşetlərə çıxan ABŞ-ın keçmiş Müdafiə naziri Mark Espir bu yaxınlarda Trampın General Qasım Süleymaniyə sui-qəsdlə bağlı əsalandırmalarını rədd edib.

General Qasim Süleymaninin 2020-ci il yanvarın 3-də öldürüldüyü vaxt Müdafiə naziri olan Espir “Müqəddəs and” kitabında yazıb ki, o, Trampın Qasim Süleymaninin ABŞ səfirliyinə hücuma hazırlaşdığı barədə iddialarından sonra, Prezidentin yaxın ətrafı tərəfindən dövrün hökumətinə “sədaqətsizlikdə” ittiham olunub.

Mark Espir 2017-2019-cu illərdə ABŞ Ordusunun katibi vəzifəsində çalışıb, bundan sonra 2016-cı ildə Tramp tərəfindən Müdafiə naziri təyin edilib və 2020-ci ilin noyabrında vəzifəsindən uzaqlaşdırılıb.

Espir kitabında yazıb ki, aldığı kəşfiyyat hesabatları Qasim Süleymaninin ABŞ-ın dörd səfirliyini hədəfə almaq niyyətində olduğunu göstərmir.

Donald Trampın başçılıq etdiyi ABŞ hökuməti 2020-ci ildə Qasim Süleymani və onun bir sıra ətrafını Bağdad hava limanı yaxınlığında şəhid etdi. BMT-nin xüsusi məruzəçisi Agnes Kalamard qətli qanunsuz adlandırıb və buna haqq qazandırmaq üçün ABŞ-ın bəhanələrini rədd edib.

Mark Espir yazır: “Sadə fakt ondan ibarət idi ki, Tramp məsələni şişirdir və təsdiqi mümkün olmayan bəyanatlar verirdi. Onun bəzi iddiaları tamamilə uydurma idi.”

O, 2020-ci il yanvarın 10-da, Trampın general Süleymaninin öldürülməsindən bir neçə gün sonra Fox News-a verdiyi müsahibədə İran komandirinin Yaxın Şərqdəki bir neçə diplomatik qərargahlara hücum etməyi planlaşdırdığını iddia etdiyini bildirib.

O, əlavə edib: “Etibarlı həmkarlarımdan biri mənə dedi ki, Trampın bəzi dostları Prezidenti zəiflətdiyimdən və ona sadiq olmadığımdan şikayətləniblər və məni nəzarətdə saxlamağa çağırıblar, hətta işdən çıxarılmağımı da istəyiblər.”

Mark Espir də 2020-ci ilin yanvarında CBS telekanalına verdiyi müsahibədə İranın ABŞ-ın dörd səfirliyinə hücum etmək niyyətində olduğunu təsdiqləyən heç bir sübut olmadığını bildirib.

Həmin vaxtlar Konqresin bir çox üzvü Tramp administrasiyasından general Süleymaninin ABŞ səfirlikləri üçün təhlükə olduğuna dair sübut təqdim etməyi tələb etsə də Tramp administrasiyası bu cür sübutları təqdim edə bilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 + twelve =