ABŞ Azərbaycanla Ermənistan arasında nəqliyyat xətlərinin açılmasına dəstək verməyə hazırdır – Blinken
ABŞ Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat xətlərinin açılması prosesinə dəstək verməyə hazırdır.
BAKU.WS xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken prezident İlham Əliyevə zəngi zamanı vurğulayıb.
ABŞ dövlət katibi Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqları və bu xüsusda sülh sazişinin bağlanmasını dəstəklədiyini vurğulayıb və bunun regionda davamlı sülhün təmin olunmasına töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib.
BAKU.WS