Ərəb dünyasının işğalçı rejimin cinayətləri qarşısında açıq şəkildə siyasi səhnəyə çıxması gözlənilir

Ərəb dünyasının işğalçı rejimin cinayətləri qarşısında açıq şəkildə siyasi səhnəyə çıxması gözlənilir

Qətər əmiri Şeyx Təmim bin Həməd Ali-Sani və onu müşayiət edən nümayəndə heyəti bu gün axşam (cümə axşamı) İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei ilə görüşüb.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei bu gün axşam (cümə axşamı) Qətər əmiri Şeyx Təmim bin Həməd Ali-Sani və nümayəndə heyəti ilə görüşündə iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlığın artırılmasını vurğulayaraq problemin bölgəyə xarici müdaxilə olmadan həlli yollarını müzakirə edib.

Ayətullah Xamenei sionist rejimin Fələstin xalqına qarşı cinayətlərinin davam etməsinə toxunaraq buyurub: “Ərəb dünyasının bu aşkar cinayətlər qarşısında açıq şəkildə siyasi fəaliyyət meydanına daxil olması gözlənilir.”

Həzrət Ayətullah Xamenei bu görüşdə İran-Qətər əlaqələrinin möhkəm və sabitliyini hər iki ölkənin mənafeyinə uyğun hesab edib və deyib: “İki ölkə arasında iqtisadi əlaqələrin hazırkı səviyyəsi çox aşağıdır və onu artırmaq lazımdır. Siyasi məsələlər üzrə gələcək dialoqlar üçün də zəminələr var və ümid edirik ki, bu, əməkdaşlığın genişləndirilməsi üçün yeni başlanğıc nöqtəsi olacaqdır.”

İslam İnqilabının Rəhbəri Qətər əmirinin sionist rejimin cinayətlərini pisləməklə bağlı sözlərini təsdiqləyərək, mənfur sionistlərin Fələstin xalqına qarşı onilliklər boyu davam edən zülmünü acı reallıq və İslam dünyası və ərəb ölkələrinə zərbə adlandırıb. İnqilab Rəhbəri buyurub: “Bu cinayətlər qarşısında İran İslam Respublikası ərəb dünyasının açıq şəkildə siyasi fəaliyyət meydanına daxil olmasını gözləyir.”

Qətər əmirinin ötən il Şeyx Cərrah məhəlləsində baş vermiş hadisələrlə bağlı söylədiyi fikirlərə toxunaraq qeyd edib: “Belə olan halda bəzi ərəb ölkələrinin Fələstin xalqına dəstəyi bəzi avropalılar qədər də olmadı və onlar bu gün də belə bir mövqe tutmayıblar.”

Həzrət Ayətullah Xamenei vurğulayıb: “Ərəb ölkələrinin bu yanaşması, əgər sionist rejimdən qorxduqlarından və ya ona hərisliklərindəndirsə, onlar bilməlidirlər ki, bu gün işğalçı rejim ona tamah salınacaq və ya ondan qorulxacaq vəziyyətdə deyil.”

O, regionun problemlərinin həllinin region ölkələrinin əlində və dialoq yolu ilə olduğunu deyib: “Suriya və Yəmən məsələsi də dialoqla həll oluna bilər. Təbii ki, dialoq zəif mövqedən olmamalıdır, qarşı tərəf, yəni əsasən ABŞ və digərləri hərbi və maliyyə gücünə arxalanırlar.

İnqilabın Ali Rəhbəri bölgəni idarə etmək üçün başqalarının müdaxiləsinə ehtiyac olmadığını vurğulayaraq buyurub: “Sionistlər ayaq basdıqları yerdə fitnə-fəsad yaradırlar və ölkələrə heç bir güc və imtiyaz verə bilməzlər. Ona görə də biz region ölkələri bacardıqca konsensus və əməkdaşlıq yolu ilə əlaqələrimizi gücləndirməliyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 + nine =