Azərbaycanda polis əməkdaşı ehtiyatsızlıqdan özünü güllələyərək öldürdü
Mayın 13-də Füzuli rayon Polis Şöbəsinin əməkdaşı İ.Qasımov yaşadığı Horadiz qəsəbəsindəki evdə ona təhkim olunmuş xidməti silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən ölüb.
DİN-in Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, faktla bağlı rayon prokurorluğunda araşdırmalar aparılır.
BAKU.WS