İran Xarici İşlər Nazirliyi Nəkbə Günü ilə bağlı bəyanat verib

İran Xarici İşlər Nazirliyi Nəkbə Günü ilə bağlı  bəyanat verib

Dövlət Departamenti Nəkbə günü ilə bağlı yaydığı bəyanatda hökumətləri və beynəlxalq qurumları Fələstin xalqı qarşısındakı humanitar və hüquqi borcunu yerinə yetirməyə və işğalçı rejimin işğalını davam etdirməsinin və növbəti cinayətlər törətməsinin qarşısını almağa çağırıb.

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi bu gün (cümə) saxta sionist rejimin qurulmasının ildönümü – bədbəxtlik günü ərəfəsində bəyanat yayıb.

Bəyanatda deyilir: “1948-ci il mayın 14 Fələstin torpaqlarının işğalçı və qəsbkarlar tərəfindən işğalı, əsas sahiblərinin qətliam və didərgin salınması, Fələstin xalqının təbii və əsas hüquqlarının sistematik və geniş şəkildə pozulması prosesinin başlanması günüdür.”

Bəyanatda əlavə edilib: “Cinayətkar sionistlər bu tarixdən bəzi Qərb dövlətlərinin dəstəyi ilə Fələstinin müqəddəs torpaqlarını silah gücünə və qətl və qarət yolu ilə ələ keçirdilər. Beləliklə, Qərbi Asiya regionunda bu günə qədər davam edən qeyri-sabitliyin əsasını qoydular.”

Bəyanatda həmçinin deyilir: “Nəkbə Gününün ildönümü bir daha dünya hökumət və xalqlarının məzlum Fələstin xalqının hüquqlarını müdafiə etmək üçün insani və qanuni vəzifəsinin zəruriliyini vurğulayır və beynəlxalq təşkilat və qurumların dünyanın ən qədim humanitar problemlərindən birini həll edə bilməməsini göstərir.

Xüsusilə də bu günlərdə qəsbkar sionist rejim Fələstin və Qüdsdə dini yerləri və İslami məkanları təhqir etmək və pənahsız fələstinliləri qətlə yetirmək üçün yeni bir dövrə başlayıb. Şükürlər olsun ki, sionist rejim Fələstin xalq müqaviməti və intifazəsinin tutarlı cavabı ilə qarşılaşıb.”

İran İslam Respublikası Xarici İşlər Nazirliyi bu bəyanatında Fələstin məsələsinə sadiqliyi İslam dünyasının birinci və əsas məsələsi kimi vurğulayaraq, qlobal sionizmin Fələstin məsələsini unutdurmaq cəhdinin uğursuzluğa məhkum olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen + one =