15 Avropa ölkəsi sionist rejimin şəhərsalmasına qarşı çıxıb

15 Avropa ölkəsi sionist rejimin şəhərsalmasına qarşı çıxıb

15 Avropa ölkəsi bir bəyanatda sionist rejimin işğal altındakı İordan çayının qərb sahilində yeni yaşayış məntəqələri tikmək qərarına qarşı olduqlarını bildiriblər.

15 Avropa ölkəsi cümə günü müvəqqəti sionist rejimini işğal altındakı İordan çayının qərb sahilində mindən çox ev tikmək planlarını dayandırmağa çağırıb.

Avropa ölkələri Xarici İşlər nazirlərinin yaydığı bəyanatda deyilir: “Yeni yaşayış binalarının tikilməsi iki dövlət arasında münasibətlərin həll yoluna yeni maneə yaratmaq deməkdir.”

1967-ci il müharibəsindən sonra, İordan çayının qərb sahilində və Şərqi Qüdsdə Fələstin torpaqlarının işğalından sonra sionist rejim tərəfindən salınan yəhudi qəsəbələrində yüz minlərlə israilli yaşayır.

Birləşmiş Millətlər Təşkilatı və əksər dünya ölkələri sionist rejimin məskunlaşmalarını qeyri-qanuni hesab edir, çünki rejim bu torpaqları 1967-ci il müharibəsində işğal edib və Cenevrə Konvensiyasına əsasən işğalçının işğal olunmuş ərazilərdə hər hansı tikinti aparması qadağandır.

Fələstinlilər İordan çayının qərb sahilində və Qəzzə zolağında paytaxtı Qüds olan müstəqil dövlət təşkil etmək ardıncadırlar.

Onlar həmçinin İsrailin 1967-ci ildə işğal etdiyi ərazilərdən çıxmasını istəyirlər, lakin İsrail müharibədən əvvəlki altı günlük sərhədlərə qayıtmaqdan imtina edir.

 “İsrail yaşayış məntəqələri beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır və israillilərlə fələstinlilər arasında qalıcı, hərtərəfli və ədalətli sülhə maneədir.” – deyə, bəyanatda bildirilir.

Müvəqqəti sionist rejim cümə axşamı işğal altındakı İordan çayının qərb sahilində 4000-dən çox yaşayış binası tikmək üçün yeni addım atıb.

Fransa, Belçika, Danimarka, Finlandiya, Polşa, Almaniya, Yunanıstan, İrlandiya, İtaliya, Lüksemburq, Malta, Hollandiya, Norveç, İspaniya və İsveç sionist rejimin şəhərsalmasına qarşı olduqlarını bildirən 15 ölkədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen + 17 =