BMT Təhlükəsizlik Şurası Əl-Cəzirənin fələstinli jurnalistinin öldürülməsini pisləyib

BMT Təhlükəsizlik Şurası Əl-Cəzirənin fələstinli jurnalistinin öldürülməsini pisləyib

BMT Təhlükəsizlik Şurası Əl-Cəzirə müxbiri Şirin Əbu Aqilənin öldürülməsini qətiyyətlə pisləyib və “dərhal, hərtərəfli, şəffaf, ədalətli və qərəzsiz ” istintaq aparılmasına çağırıb.

Associated Press xəbər verir ki, BMT Təhlükəsizlik Şurası Əl-Cəzirə müxbirinin sionistlər tərəfindən öldürülməsini pisləyib və Əl-Cəzirənin 51 yaşlı fələstinli jurnalisti Şirin Əbu Aqilənin ərəb ölkələrində tanınmış sima olduğunu açıqlayıb.

Məlumata görə, adının açıqlanmasını istəməyən diplomatlar Təhlükəsizlik Şurasına verdiyi bəyanatda Çin və Rusiyanın təkidi ilə bəyanat verildiyini, media azadlığının vacibliyini və təhlükəli ərazilərdə çalışan jurnalistlərin qorunmasının vacibliyini vurğulayıblar. Bəyanat Şuranın 15 üzvü tərəfindən təsdiq edilib.

Şuranın bəyanatında “jurnalistlərin mülki şəxslər kimi müdafiə edilməli olduğu” qeyd edilib və həmçinin Şirin Əbu Aqilənin həmkarının yaralanması da pislənib.

51 yaşlı Şirin Əbu Aqilə ərəb dünyasında məşhur bir sima idi və Əl-Cəzirə kanalında son 25 ildə sionist rejimin idarəsi və işğalı altında olan fələstinlilərin həyatını işıqlandırdığı üçün hörmətlə qarşılanırdı.

O, çərşənbə günü İordan çayının qərb sahilinin Cənin şəhərində İsrail əsgərləri tərəfindən güllələnib.

Onu müşayiət edən müxbirlər, o cümlədən, güllələnən və yaralanan Əl-Cəzirə həmkarı, İsrail qüvvələrinin müxbir olduqları açıq-aydın şəkildə bilindiyi halda onları vurduğunu bildiriblər.

Sionist rejimin çevik qüvvələri insanlara təzyiq və döymək yolu ilə dəfn mərasimi zamanı onun tabutunun qısa müddətə yerə düşməsinə səbəb olub ki, bu da insanların qəzəbini daha da artırıb.  

Sionist rejim hadisəni araşdırdığını iddia edib. İsrail əvvəlcə sübut təqdim etmədən onun fələstinlilər tərəfindən vurulduğunu iddia etsə də, sonradan bu iddianı geri götürüb.

İsrail İordan çayının qərb sahilinin bəzi hissələrini idarə edən və onlarla əməkdaşlıq edən Fələstin Administrasiyası ilə birgə təhqiqat aparılmasını istəyib. Lakin fələstinlilər birgə təhqiqatı rədd edərək müstəqil beynəlxalq araşdırmaya çağırıblar. Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas Əbu Əqlanın öldürülməsində İsraili günahlandırıb və dərhal Beynəlxalq Cinayət Məhkəməsindən araşdırma tələb edəcəyini bildirib.

Beynəlxalq Cinayət Məhkəməsi bir il əvvəl İsrailin hərbi cinayətləri ilə bağlı istintaqa başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen + 12 =