Peruda avtobus qəzası nəticəsində 11 nəfər ölüb, onlarla yaralı var

Peruda avtobus qəzası nəticəsində 11 nəfər ölüb, onlarla yaralı var

Perunun Ankaş departamentində avtobusun uçurumdan düşməsi nəticəsində azı 11 nəfər ölüb, daha 35 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə bazar günü ANDINA agentliyi məlumat yayıb.

Məlumata görə, avtobus ölkənin şimalındakı Taiyabamba şəhərindən paytaxt Limaya gedirmiş. Avtomobil təxminən 100 m hündürlükdən düşüb. Hadisənin səbəbləri hələ müəyyən edilməyib.

Xəsarət alan sərnişinlər Siuas şəhər xəstəxanasına çatdırılıb.

Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 − 1 =