Dünyada İLK DƏFƏ: Aydan torpaq gətirib…

Dünyada İLK DƏFƏ: Aydan torpaq gətirib…

Alimlər ilk dəfə olaraq Aydan toplanan torpaqda bitki yetişdiriblər.

Lent.az-ın  BBC-yə istinadən xəbərinə görə, Amerika Birləşmiş Ştatlarının Florida Universitetinin alimləri 1962-1972-ci illərdə Apollon missiyaları zamanı toplanan Ay torpağına xaççiçəyi (turpgiller ) ailəsindən olan siçan qulağı tərəsi toxumu əkiblər. Toxumların 2 gündən sonra cücərdiyi müşahidə edilib.

Beləliklə, ilk dəfə toxumlar Ay torpağında uğurla cücərdilib.

 Araşdırma üçün Florida Universitetinin elmi qrupuna bitki başına 1 qram torpaq verilib. Alimlər buna təəccübləndiklərini ifadə edərək inkişaf edən cücərtinin daha sonra yavaşladığını və quruduğunu deyiblər.

Tədqiqat NASA – Amerika Kosmos və Aeronavtika Agentliyinin “Ayda yaşayış məntəqəsinin yaradılması” layihəsi üçün mühüm addım kimi qiymətləndirilir.

Qeyd edək ki, NASA astronavtları 1962-1972-ci illərdə Apollon missiyaları zamanı Ay səthindən 382 kiloqram torpaq, toxum, çınqıl, qum və toz gətiriblər.

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + 17 =