Ermənilər və 7 lobbi qrupu hərəkətə keçdi – Anti-Türkiyə PLANI
Publika.az xəbər verir ki, Türkiyə ABŞ-dan 40 ədəd F-16 və 80 modernləşdirilmiş dəsti almaq üçün müraciət edib. Bayden administrasiyası Konqresdən buna icazə verilməsini istəyib.
Amerika Erməniləri Milli Komitəsi (ANCA) də daxil olmaqla 7 lobbi qrupu F-16-ların satışına qadağa qoyulması üçün kampaniyaya başlayıb.
Lobbi qrupları müraciət yayaraq, Konqresin satışa icazə verməməsini tələb edir. Bunun ABŞ-ın milli dəyərlərinə zidd olduğu iddia olunur.
Publika.az