Britaniya səfirliyinin “14 may” ssenarisini de-şifrə edən yanlışı – DETALLAR

Britaniya səfirliyinin “14 may” ssenarisini de-şifrə edən yanlışı – DETALLAR



Bu, Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin mayın 14-də Fəvvarələr meydanında kiçik bir qrupun keçirdiyi aksiya ilə bağlı açıqladığı mövqedir.

Və aksiyada olanlara baxdıqda, ümumiyyətlə reallıqla uzlaşmayan bu mövqe ilə qarşılaşanda dərhal suallar yaranır:

– Britaniya səfirliyi doğrudanmı Bakıda fəaliyyət göstərir?
– Səfirlik mayın 14-də keçirilən aksiyanı izləyibmi?


Belə bir mövqenin necə və niyə sərgilənməsini anlamaq üçün proseslərə bir qədər əvvəldən baxmaq lazımdır.

Azərbaycana qarşı “insan haqlarının pozulması” iddiası üzərindən kampaniyanın başladığı müşahidə edilir və bu, gözlənilən idi. Çünki həm geosiyasi proseslər və bu proseslərdə mövcud hakimiyyətin milli maraqlar xəttindən bir addım da geri dayanmaması, həm də Cənubi Qafqazda yeni reallıqlar, xüsusilə Ermənistanla sülh sazişinin müzakirə edildiyi vaxt bəlli dairələr – bura illərdir anti-Azərbaycan mövqeyinən çıxış edən qüvvələrlə yanaşı, erməni diasporu\lobbisinin də daxil olduğu məlumdur – hərəkətə keçdi.

– Anti-Azərbaycan qüvvələrin hədəfi rəsmi Bakıya təzyiq etmək və onun siyasətini öz maraqları istiqamətində yönləndirmək cəhdidir;
– Erməni diaspor/lobbisinin niyyəti “Azərbaycanda insan haqları pozulur, Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlığı altında yaşaya bilməzlər” rəyini beynəlxalq səviyyədə formalaşdırmaq (müharibədən öncə və sonra hər fürsətdə buna çalışırlar), ermənilərin qondarma “öz müqəddəratını təyin etmə hüququnu” legitimləşdirmək cəhdidir;


Təcrübə ilə sabitdir ki, anti-Azərbaycan şəbəkəsi özündə müxtəlif maraq qruplarını və qüvvələri birləşdirir. Bu şəbəkənin daxildəki uzantıları da “düyməyə basıldığında” hərəkətə keçirlər.

Eyni şəbəkə və uzantılarının klassik metodu aksiya öncəsi hazırlıq və aksiyada yenidən aydın görünürdü.

– 8 mayda Aytən Məmmədova ilə bağlı insident yaşandı: hadisənin axşam saatlarında baş verməsinə baxmayaraq, siyasiləşdirilməsi ssenarisi işə düşdü;
– 9 mayda məlum şəbəkənin daxili uzantıları – bir sıra müxalifət partiyaları, “hüquq-müdafiə” şəbəkəsi və xaricdə “bloger” adı ilə çıxış edən dəstə çağırışlar irəli sürərək, kampaniyaya start verdi; buna paralel olaraq, ABŞ Dövlət Departamenti və ABŞ-ın Azərbaycandakı səfirliyi hadisəni pislədilər;
– 10 mayda kampaniyaya artıq beynəlxalq təşkilatlar – “Sərhədsiz Reportyorlar”, “Norveç Helsinki Komitəsi”, “Human Rights Watch” qoşuldu;
– 11 mayda bir qrup “fəal” 14 may tarixinə aksiya təyin etdilər;

Hadisələrin inkişafı göstərir ki, məsələ süni şəkildə şişirdilib və proses maraq dairələrinin planı üzrə irəliləyir. Diqqətçəkən detallardan biri də 8 may tarixindən başlayaraq, aksiya gününə qədər “Amerikanın səsi” və “Azadlıq” radiolarının prosesi aktiv şəkildə işıqlandırması, jurnalistika prinsiplərinə zidd şəkildə təbliğat xarakterli materiallar yayması, aksiya təşkilatçılarına platforma rolunu oynamasıdır.

Sifarişçilər, icraçılar və təbliğatçılar bəlli idi və aksiya kampaniya ssenarisinin son pərdəsi olaraq hazırlanmışdı. Və iki əsas gözləntiləri var idi:

Birincisi, aksiya kütləvi olacaq və bu, növbəti addımların əsasını təşkil edəcək;
İkincisi, polislə qarşıdurma yaradılacaq və Britaniya səfirliyinin təəccüb, həm də gülüş doğuran açıqlamasındakı kimi “zorakılıq”, “aksiya dağıdılıb” xəbərləri xarici media və təşkilatları tərəfindən geniş şəkildə tuirajlanacaqdı;

Hər iki gözlənti özünü doğrultmadı: çox az sayda iştirakı gəldi, gələnlərin əksəriyyəti özünü jurnalist kimi təqdim edənlər idi; polis aksiya iştirakçılarının təhlükəsizliyi də daxil olmaqla ictimai asayişi peşəkar şəkildə təmin etdi, qanunlar çərçivəsində etik davranış nümayiş etdirdi;

Hətta təşkilatçılar və müxalifət də fakt qarşısında qalaraq, müdaxilənin olmadığını, zorakılığın baş vermədiyini etiraf etməyə məcbur oldu.

Və bütün bunların fonunda Böyük Britaniya səfirliyinin aksiya ilə bağlı “dinc etiraz aksiyası dağıdılıb.. ”, “zorakılıq” tətbiq olunub…” mövqeyi doğru olmadığı kimi, belə bir açıqlamanın niyə və necə hazırlanması da maraqlıdır.

Niyə?

– ABŞ Dövlət Departamenti və Azərbaycandakı səfirliyin proseslərə münasibətindən sonra Britaniya səfirliyi də “qonşudan geri qalmaq” istəməyib;
– Reallığa uyğun olmayan qızışdırıcı və təhrikedici mövqe ilə belə demək mümkünsə, “geri qalmaq istəmədiyi qonşunu” üstələməyə çalışıb;
– Və təbii ki, bunun arxasında siyasi maraqların yatdığı da aydındır;

Necə?

Görünür, Britaniya səfirliyində aksiya ilə bağlı mövqe əvvəlcədən formalaşdırılıb, açıqlama mətni hazırlanıb və hadisələrin gedişatı, aksiyada baş verənlər nəzərə alınmadan, ümumiyyətlə nəticələrə baxılmadan yayımlanıb.

Böyük Britaniya bu mövqe ilə özünü çətin vəziyətə salmış oldu:

– Reallığa uyğun olmayan açıqlama ilə qeyri-peşəkarlıq və qərəzli mövqeyini nümayiş etdirdi;
– Ermənistanda baş verənlərə – aksiyaların dağıdılmasından tutmuş, etirazçıların qolunun sındırılması, maşınla əzilməsi kimi zorakılığa, kütləvi həbslərə heç bir reaksiya vermədiyi halda Azərbaycanla bağlı süni şəkildə şişirdilən və reallığı əks etdirməyən hadisələrə münasibət bildirdi;


Ermənistandakı hadisələr fonunda səssiz qalan ABŞ və Böyük Britaniyanın Azərbaycanla bağlı fərqli və qərəzli mövqe sərgiləməsi klassik ikili standartların artıq təəccüblü görünməyən nümunələrindən biridir.

Və bir daha aydın olur ki, Aytən Məmmədova hadisələrinin süni şəkildə şişirdilməsi və siyasiləşdirilməsindən tutmuş icazəsiz aksiyanın elan olunmasına qədər baş verənlər Qərbdəki anti-Azərbaycan dairələrinin təhriki və maliyyəsi ilə reallaşan ssenaridir. Hər şey o qədər açıq şəkildə ortadadır ki, Qərbin Azərbaycana yanaşmasından növbəti dəfə sinifdə qaldığını deyə bilərik.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen + 6 =