Rusiya Finlandiyanı HƏDƏLƏDİ: “Sürpriz olacaq”

Rusiya Finlandiyanı HƏDƏLƏDİ: “Sürpriz olacaq”

Publika.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib. O, Finlandiyanın qərarına cavabın hərbi olacağını vurğulayıb.

“Sürpriz olacaq. Bu, bizim müdafiə departamentimizdən asılıdır. Təbii ki, bütün amilləri və Finlandiyanın NATO-ya üzvlüyünün necə inkişaf edəcəyini nəzərə alaraq müvafiq qərar veriləcək. Bütün bunlara əsaslanaraq parametrlər üzrə qərar veriləcək, lakin ilk növbədə, bu, hərbçilərə aiddir”, – Zaxarova bildirib.

Xatırladaq ki, mayın 17-də Finlandiya NATO-ya üzvlük üçün rəsmi müraciət edib .

Eyni zamanda, Rusiya Finlandiya və İsveçin NATO-ya qoşulacağı təqdirdə hərbi addımlar və digər təsir tədbirləri ilə hədələyib.

Eyni zamanda, Vladimir Putin Finlandiyanın NATO-ya daxil olmasını səhv adlandırıb .

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + 17 =