Əfqanıstanda polis idarəsinə hücum olub, yaralananlar var

Əfqanıstanda polis idarəsinə hücum olub, yaralananlar var

Əfqanıstanın şimalında, Məzari-Şərif şəhərində polis bölməsi qarşısında yük maşınına quraşdırılan partlayıcının işə salınması nəticəsində azı 3 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı yerli “Khaama Press” agentliyi yayıb.

Əfqanıstanda “Taliban” hökumətinin təhlükəsizlik xidmətinin komandanlığının Bəlx əyaləti üzrə nümayəndəsi də partlayışda yaralanaraq hospitala yerləşdirilib .

Hadisə ilə bağlı araşdırma aparılır. Hücumun məsuliyyətinin heç qruplaşma üzərinə götürməyib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − five =