Kabilin mərkəzində “Qüds”-ün  simvolik abidəsinin açılışı: Məzlum Əfqanıstan Məzlum Fələstini dəstəkləyir-Video

Kabilin mərkəzində “Qüds”-ün  simvolik abidəsinin açılışı: Məzlum Əfqanıstan Məzlum Fələstini dəstəkləyir-Video

Fələstinin məzlum xalqına dəstək üçün simvolik aksiyada Kabil Bələdiyyəsi Əfqanıstan paytaxtının mərkəzində Qüdsün simvolik abidəsinin açılışını keçirib.

Kabil bələdiyyəsi dünən axşam saatlarında Əfqanıstan paytaxtının mərkəzində Qüdsün simvolik abidəsinin açılışını keçirib.

Kabildəki xəbər mənbələri bildirirlər ki, abidənin açılış mərasimində Əfqanıstanın idarəetmə orqanının rəsmiləri və çoxlu sayda əfqan iştirak edib.

Taliban hakimiyyətə gəldikdən sonra hökumət rəsmiləri və sözçüləri dəfələrlə Talibanın sionist rejimlə bağlı rəsmi mövqeyindən və məzlum Fələstin xalqına dəstəyindən danışıblar.

Amma bu simvolik abidənin Kabildə tikilməsi Əfqanıstanın rəhbər orqanı tərəfindən əhəmiyyətli bir addımdır.

Ötən həftə Taliban Əl-Cəzirə telekanalının müxbiri Şirin Əbu Aqilənin işğal olunmuş Fələstində şəhid olmasına cavab olaraq işğalçı rejimin vəhşiliyinə reaksiya verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two + sixteen =