Bəhreyndə İmam Sadiq (ə) məscidində 6 illik qadağadan sonra cümə namazı-Foto
Xəbər mənbələri xəbər verir ki, yüzlərlə bəhreynli altı illik qadağa və repressiyadan sonra İmam Sadiq (ə) məscidində cümə namazı qılıb.
Altı ildən sonra Bəhreynin şimal-qərbində yerləşən İmam Sadiq (ə) məscidində cümə namazı qılınıb.
Əl-Əhd xəbər saytının cümə günü axşam verdiyi məlumata görə, Bəhreyn xalqı altı illik repressiya və qadağalardan sonra? nəhayət cümə namazını Əllamə Şeyx Əli Əs-Sədədinin imamlığı ilə İmam Sadiq (ə) məscidində qılıb.
Məlumata görə, yüzlərlə bəhreynli həddindən artıq istilərə baxmayaraq, dünən cümə namazı üçün məscidə toplaşıb.
Əl-Əhd əlavə edib ki, Bəhreyn şiələrinin mərcəyi-təqlidi Ayətullah Şeyx İsa Qasimin rəhbərliyi ilə əvvəllər də dəfələrlə cümə namazı qılınıb və o, bu məsciddə ən mühüm dini və milli xütbələrini oxuyub.
Məlumata görə, məsciddə izdiham o qədər çox olub ki, yüzlərlə insan məscidin həyətində namaz qılmağa məcbur olub.