HƏMAS rəsmisi: İsrail ordusu qatil nasistlərdən ibarətdir

HƏMAS rəsmisi: İsrail ordusu qatil nasistlərdən ibarətdir

Fələstin HƏMAS hərəkatının siyasi bürosunun üzvü deyib: “Sionist rejim Fələstin xalqının müqavimətindən qorxur və onu darmadağın etməyə çalışır. ”

Fələstin HƏMAS hərəkatının siyasi bürosunun üzvü Həssam Bədran müvəqqəti sionist rejimin fələstinli gəncləri müqavimətdən uzaq tutmağa çalışdığını vurğulayıb.

Fələstin xəbər saytı Bədrana istinadən bildirib ki, fələstinlilər yeni nəsli müqavimət variantı ətrafında toplaşıb, çünki onlar, ayıq və İordan çayının qərb sahilindəki cari hadisələrin reallığından xəbərdardırlar.

O, Qüds Qılınc əməliyyatından əvvəlki vəziyyətin ondan sonrakı vəziyyətlə eyni olmadığını bildirərək, indiki nəslin müqavinət variantı əsasında yetişdiyini və müqavimətdən təsirləndiyini bildirib.

HƏMAS rəsmisi sionist rejimin Fələstin Muxtariyyət administrasiyasının köməyi ilə İordan çayının qərb sahilindəki müqavimət vəziyyətini darmadağın etməyə çalışdığını vurğulayıb və qeyd edib ki, onların İordan çayının qərb sahilində müqaviməti məhv etmək üçün bütün cəhdlər nəticəsiz qalıb.

Bədran deyib: “”Fələstin xalqı iddia edilən Oslo sülh planına deyil, müqavimət və onun liderlərinə inanır. “Biz indiki nəslə deyirik ki, rolunuzu heç də az qiymətləndirməyinl. İordan çayının qərb sahilindəki müqavimətdən sonra İsrail əsl çaşqınlıqla qarşılaşıb.

O, sionist rejimin sıradan bir hökumət deyil, bir quldur və ordusunun da nasist qatillərindən ibarət olduğunu bildirərək, bu rejim ünsürlərinin şəhidlərin dəfn mərasimlərinə hücumunu bir növ terror hesab edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 2 =