Dörd ölkənin liderləri Çinin regionda artan təsirini müzakirə etmək üçün toplanırlar

Dörd ölkənin liderləri Çinin regionda artan təsirini müzakirə etmək üçün toplanırlar

Avstraliya, Hindistan, ABŞ və Yaponiyanın daxil olduğu Dördtərəfli Təhlükəsizlik Dialoqunun (Quadrilateral Security Dialogue) liderləri Çinin regionda artan təsirini müzakirə edəcəklər.

Bu barədə Avstraliyanın Baş naziri Entoni Albanese sammitə yollanmamışdan öncə çıxışı zamanı bildirib.

O qeyd edib ki, QSD liderləri mayın 24-də Tokioda “Çinin bölgədəki təsirinə qarşı necə mübarizə aparmağı və Tokioda iqlim dəyişikliyinin təsirləri ilə bağlı məsələləri müzakirə edəcəklər”.

Bundan əlavə, Avstraliyanın Baş naziri qeyd edib ki, “liderlərlə görüş bizə tərəfdaşlarımıza və dünyaya Avstraliyada yeni hökumətin yarandığını göstərməyə imkan verəcək”. Bu hökumət iqlim dəyişikliyi ilə bağlı yeni Avstraliya perspektivini, eləcə də demokratiyanın qorunması və davamlılığına yeni yanaşmamızı təmsil edəcək”.

Mənbə: TASS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × two =