Rusiyada meşə yanğınları: 400 hektar sahə yanır – VİDEO

Rusiyada meşə yanğınları: 400 hektar sahə yanır – VİDEO

Buryatiyada (RF) 400 hektar meşə sahəsi yanır. İlkin ehtimallara görə, Bıçurski rayonunda baş verən fəlakətə səbəb yanğınla ehtiyatsız davranma olub.

Bu barədə respublikanın Meşə Təsərrüfatı Agentliyindən xəbər verilib.

Bildirilir ki, yanğının söndürülməsinə 237 nəfər və 50-yə yaxın xüsusi texnika cəlb edilib.

O da vurğulanır ki, ötən sutka ərzində Zakamenski və Selenginski rayonlarında üç meşə yanğınının söndürülməsi istiqamətində işlər aparılıb. Hazırda respublikada xüsusi yanğın rejimi elan olunub. Meşəyə giriş qadağandır.

Mənbə: Baykal Daily

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × five =