Küveytli idmançı sionist rejimin nümayəndəsi ilə müsabiqədən imtina edib

Küveytli idmançı sionist rejimin nümayəndəsi ilə müsabiqədən imtina edib

Küveyt Paralimpiya Komitəsi vurğulayıb ki, “Xulud Əl-Mutəyri” Taylandda keçirilən Qılıncoynatma Üzrə Beynəlxalq Çempionatda sionist rejimin nümayəndəsi ilə yarışmaqdan imtina edib.

Küveyt Paralimpiya Komitəsi bazar günü öz rəsmi Tvitter hesabında yazıb: Xulud Əl-Mutəyri sionist rejimin nümayəndəsi ilə yarışdan imtina etdiyi üçün turnirdən çıxıb.

Bundan öncə küveytli şahmatçı Bədr Əl-Hacəri də İspaniyada keçirilən Beynəlxalq Şahmat Turnirində sionist rejimlə qarşılaşmaqdan imtina etmişdi.

Küveytli idmançılar dəfələrlə beynəlxalq yarışlarda Fələstin məsələsinə dəstək və məzlum Fələstin xalqını müdafiə etmək və münasibətlərin normallaşmasına qarşı çıxmaq üçün İsrail komandası ilə yarışmaqdan imtina edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × three =