Yüzlərlə bəhreynli Ayətullah İsa Qasimlə həmrəylik nümayişi keçirib-Foto

Yüzlərlə bəhreynli Ayətullah İsa Qasimlə həmrəylik nümayişi keçirib-Foto

Yüzlərlə bəhreynli Əd-Dəraz şəhərində Ayətullah İsa Qasimin tərəfdarlarının dinc aksiyasına təhlükəsizlik qüvvələrinin hücumunun beşinci ildönümünü qeyd edir. Onlar Bəhreyn inqilabının mənəvi lideri ilə həmrəylik nümayişi keçiriblər.

Yüzlərlə bəhreynli Əd-Dəraz faciəsinin beşinci ildönümünü qeyd etmək üçün bazar ertəsi axşam yürüş keçirib. Onlar Bəhreynin şimal-qərbində şiələrin məskunlaşdığı Əd-Dəraz qəsəbəsində Ayətullah İsa Qasimin evinin qarşısına yürüş edərək, öz inqilablarının mənəvi lideri ilə həmrəy olduqlarını bildiriblər.

“Manama Post”un məlumatına görə, yürüş iştirakçıları əllərində plakatlar və parçalar üzərinə yazılmış yazılar daşıyaraq, Bəhreyn inqilabının lderi Ayətullah İsa Qasimə dəstək olduqlarını, onun vətənə qayıtmasını istəklərini ifadə edərək, inqilabçı liderləri, Əd-Dəraz faciəsi şəhidləri və digər şəhidlərlə əhd-peymanlarını təzələdiklərini bildirən şüarlar səsləndiriblər.

2017-ci il mayın 23-də Ali-Xəlifə rejiminin agentləri Bəhreyn vətəndaşlarının şiələrin yaşadığı Əd-Dəraz qəsəbəsindəki Əl-Fəda meydanında onun evinin yaxınlığında keçirilən dinc aksiya iştirakçılarına hücum ediblər. Nəticədə, 285 nəfəri həbs olunmuş və 5 nəfər isə şəhid edilmişdi.

Bəhreynin Əl-Vifaq Milli İslam Dərnəyi də Əd-Dəraz faciəsinin ildönümü münasibəti ilə Twitter hesabında yerləşdirdiyi mesajda bildirib: “Əd-Dəraz faciəsinin şəhidləri Ali-Xəlifə rejiminin Bəhreyn xalqına qarşı törətdiyi cinayətlərin ən böyük sübutudur.”

Dərnək qeyri-qanuni qətllər və dini təmizləmələr, qanunun aliliyinin olmaması və Bəhreyndə korrupsiyaya uğramış məhkəmə sisteminin Ali-Xəlifə rejimi ilə əlbirliyinə toxunaraq deyib: “Bəhreyndə təhlükəsizlik tamamilə tayfalara əsaslanır və hökumət xalqla qarşıdurmaya davam edir.”

Bu arada, bir qrup Bəhreyn vətəndaşı Əd-Dəraz faciəsi şəhidlərinin məzarlarını ziyarət edib.

Bəhreyn İslam Şurasının sədri Seyid Məcid Məşəl də vurğulayıb: “Şəhidlər öz qanuni məqsədlərini həyata keçirmək və öz ideallarına iman gətirmək, İslam və onun simvollarına xidmət etmək üçün canlarını fəda ediblər və onların yolu davam edəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 2 =