Seneqalda 11 yeni doğulmuş uşaq yanaraq ölüb
Seneqalın Tivauan şəhərində xəstəxanada baş verən yanğında ən azı 11 yeni doğulmuş körpə ölüb.
“Report” xəbər verir ki, bu barədə Seneqal prezidenti Makki Sal məlumat verib.
“Tivauandakı xəstəxananın neonatologiya şöbəsində baş verən yanğında 11 yeni doğulmuş körpənin öldüyünü ağrı və dəhşətlə öyrəndim”, – o tviterdə yazıb.
Dövlət başçısı həlak olan uşaqların ailələrinə başsağlığı verib.
Report.az