Tovuzda sahibsiz itlər həyətlərə hücum edir

Tovuzda sahibsiz itlər həyətlərə hücum edir

Tovuzda sahibsiz itlər kabusa çevrilib.

Sakinlərin APA TV-nin yerli bürosuna verdiyi məlumata görə, bir neçə kənddə artıq böyükdən-kiçiyə hər kəs dəyənəklə gəzmək məcburiyyətində qalıb.

Rayonun Xatınlı kəndində yeməyə bir şey tapmayan sahibsiz itlər həyətlərə soxulur. Həddindən artıq azğınlaşan itlər dəmir torları da asanlıqla dəf edib heyvanları parçalayıb.

Hadisədən sonra kəndin baytar həkimi tələf olan və yaralı heyvanlara baxış keçirib. Heyvanlara quduzluq əleyhinə vaksinlər vurulub. Tələf olan heyvanlar isə mövcud prosedura uyğun şəkildə dezinfeksiya olunaraq basdırılacaq.

Sakinlər bildirirlər ki, vəziyyət o yerə çatıb ki, artıq özlərini küçədə deyil öz həyətlərində də narahat hiss edirlər. Çünki günü-gündən artan sahibsiz itlərin haradan və nə vaxt hücum edəcəyi bəlli deyil.

Xatırladaq ki, bir neçə gün əvvəl məhz bu kənddə sahibsiz itlər bir neçə şəxsə hücum edərək ağır xəsarətlər yetirib. Onlardan ikisinin vəziyyəti ağır olaraq qalmaqdadır.

Qeyd edək ki, hazırda Tovuzda sahibi olan 2 000-ə yaxın itə quduzluq əleyhinə peyvənd vurulub. Sahibsiz itlərə gəldikdə isə Tovuz rayon baytarlıq idarəsindən bildirilib ki, bu itlərdə də mümkün imkanlar çərçivəsində peyvəndləmə işləri aparılacaq. Hazırda sahibsiz itlərə qarşı əlavə mübarizə üsulu yoxdur.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − seven =