Sionist Prezident: Türkiyə ilə əlaqələrimiz yeni mərhələyə qədəm qoyub

Sionist Prezident: Türkiyə ilə əlaqələrimiz yeni mərhələyə qədəm qoyub

Sionist rejimin başçısı Türkiyə ilə münasibətlərin yeni mərhələsinə qədəm qoyduğunu bildirərək deyib: Bu əlaqələr doğru yoldadır.

İsrail Prezidenti İshaq Hersoq çərşənbə günü Davos sammitində çıxış edib və Türkiyə ilə sionist rejim arasındakı əlaqələrə toxunub:

İsraildə hakimiyyətə gəldikdən sonra biz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla maraqlı və zamanlanmış bir prosesi izlədik və bunun pik nöqtəsi mənim mart ayında Türkiyəyə səfərim oldu.

O, sözlərinə davam edib: “Bu gün biz yeni mərhələyə qədəm qoyduq.“

Türkiyənin Xarici Işlər naziri Çavuşoğlu çərşənbə axşamı və çərşənbə günü İsrailə rəsmi səfər edib və Yair Lapid (israilli həmkarı) ilə bütün aspektlərdə əlaqələri müzakirə edib.

Hersoq bu illər ərzində Türkiyə ilə sionist rejim arasında baş verənlərlə bağlı deyib:

Eksperimental sahədə bir çox mövzu və müzakirələr araşdırıldı. Şimon Peres dövründə Davos sammitində “bir dəqiqə” (one minute) kimi məşhurlaşan hadisələrin nümunəsi kimi münasibətlərimizin eniş-yoxuşları da olub. Amma bu gün biz Ərdoğanla səmimi və düzgün istiqamətdə irəliləyirik və mən bundan çox məmnunam.

Sionist rejimin başçısı Aralıq dənizindəki vəziyyətlə bağlı da deyib:

Aralıq dənizi ilə bağlı vizyonumuz bütün qonşu Aralıq dənizi ölkələri, xüsusən də Şərqi Aralıq dənizi ilə bağlı dialoqlar aparmaq idi.

Türkiyə ilə sionist rejim arasında münasibətlər prosesi on ildən sonra normallaşma yolundadır ki, sionist Prezident mart ayında Türkiyəyə getdi və dünən Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşğlu 15 ildən sonra işğal olunmuş ərazilərə səfər etdi.

Tərəflər bütün səviyyələrdə əlaqələrin daha da inkişaf etdirilməsinə çağırıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − 8 =