Deputat: “Human Rights Watch” Ermənistanda azərbaycanlı əsirlərin orqanları çıxarıldığına görə öldüyünü açıqlamışdı”

Deputat: “Human Rights Watch” Ermənistanda azərbaycanlı əsirlərin orqanları çıxarıldığına görə öldüyünü açıqlamışdı”

“Human Rights Watch” təşkilatının 1994-cü ildə yaydığı hesabatında Ermənistanda əsirlikdə olan Azərbaycan hərbçilərinin orqanları çıxarıldığına onların öldüyü qeyd edilmişdi”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Asim Mollazadə deyib.

Deputat bildirib ki, təşkilat bu hesabatı artıq internetdən yığışdırıb: “Həmin təşkilat o hesabatı 1994-cü ildə çap etmişdi. Lakin hazırda həmin hesabat yox olub, təşkilatın internet səhifəsində də yoxdur. Biz törədilən hərbi cinayətlərin ciddi araşdırılmasını davam etdirməliyik. Azərbaycan hüquq-mühafizə orqanları bu məsələni yenidən qaldırmalır, hərbi cinayətləri törətmiş erməni cəlladları məsuliyyətə cəlb olunmalıdır”.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + thirteen =