Sabahın “Fələstin Bayraq Günü” adlandırılması üçün çağırış
Sionist rejimin “bayraq yürüşü” keçirmək niyyətinə cavab olaraq bir fələstinli hərəkat sabahkı gününı “Fələstin Bayrağı Günü” adlandırılmasını tələb edib.
Sionist rejim bütün xəbərdarlıqlara baxmayaraq, sabah (bazar günü) işğal olunmuş Qüdsdə “Bayraq yürüşü” keçirmək niyyətindədir.
Bununla əlaqədar Qüdsdəki Əl-Hərakəş-Şəbabiş-Şəbi (Gənclər Xalq Hərəkatı) sabahın “Fələstin Bayraq Günü” adlandırılmasına çağırıb.
“Əl-Ərəbiyyil-Cədi”din məlumatına görə, hərəkat bayraq yürüşünün qarşısını almaq üçün Qüdsdəki hər ev, meydan və küçədə Babəl-Əmuda qədər Fələstin bayrağını qaldırmağı təklif edib.
Hərəkat bəyan edib ki, işğalçı rejim Seyfəl-Qüds döyüşündən və Qüds əhalisinin və Məscidül-Əqsa mühafizəçilərinin əfsanəvi müqavimətindən sonra saatın əqrəblərinin geri çəkilməyəcəyini bilməlidir.
Gənclər Xalq Hərəkatı işğal altındakı Fələstindəki fələstinliləri, xüsusilə 1948-ci ildə işğal olunmuş fələstinliləri sabah səhər saatlarında Məscidül-Əqsaya gələrək işğalçıların hücumlarına qarşı vahid cəbhə yaratmağa çağırıb.
Hərəkat silahlı müqavimətlə əl-ələ verən xalqın iradəsinin qələbəni və azadlığı müəyyən edəcəyini vurğulayıb.
HƏMAS-ın hərbi qanadının Əl-Qəssam Briqadalarının Qəzzə Briqadasının komandiri İzzəddin Əl-Həddad bu yaxınlarda Tel-Əvivə xəbərdarlıq etmişdi ki, işğalçı rejimi qarşıdakı döyüşlərdə Əl-Qəssam raketlərinin dəqiqliyi, intensivliyi və effektivliyindən təəccübləndirəcək.