Rusiyanın ən böyük bankı SWIFT-dən kənarlaşdırıldı

Rusiyanın ən böyük bankı SWIFT-dən kənarlaşdırıldı

Avropa İttifaqı ölkələri Rusiyaya qarşı 6-cı sanksiya paketi çərçivəsində ölkənin əsas maliyyə qurumlarınan olan “Sberbank”ı SWIFT beynəlxalq banklararası ödəniş sistemindən ayırmaqla bağlı razılığa gəlib.

Lent.az-ın xəbərinə görə, qərar Aİ liderlərinin Brüsseldə keçirilən görüşündə qəbul edilib.

“Sanksiyalar paketi Rusiyanın ən böyük bankı olan “Sberbank”ın SWIFT-dən kənarlaşdırılması kimi ciddi tədbiri də nəzərdə tutur” –  deyə Aİ Şurasının Prezidenti Şarl Mişel bəyan edib. 

Qeyd edək ki, daha əvvəl Rusiyanın 7 bankı SWIFT-dən kənarlaşdırılmışdı. 

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + 4 =