Sionist bayraq yürüşünə etiraz edən 163 fələstinli yaralanıb

Sionist bayraq yürüşünə etiraz edən 163 fələstinli yaralanıb

Rəsmi mənbələr İsrail təhlükəsizlik qüvvələrinin “bayraq yürüşü”nə etiraz edən fələstinlilərə hücumları nəticəsində ən azı 163 nəfərin yaralandığını bildirib.

Fələstin Qırmızı Aypara Cəmiyyəti, İsrailin Əl-Əqsa məscidi və ətrafındakı fələstinli nümayişçilərə qarşı təşkil etdiyi hücumları nəticəsində ən azı 163 nəfərin yaralandığını, bəzilərinin isə açılan atəşlə xəsarət aldığını bildirib.

Əl-Cəzirə-nin məlumatına görə, Fələstin Qırmızı Aypar Cəmiyyəti bildirib ki, yardım qruplarımız bazar günü Qüds şəhərinin qədimi hissəsində 163 fələstinli yaralı ilə məşğul olub ki, onlardan ən azı 20-si həqiqi güllə ilə yaralanıb.

Sionistlərin Məscidül-Əqsaya hücumu və Bayraq yürüşü adlı mərasim keçirməsi ilə eyni vaxtda, bazar günü səhər saatlarından etibarən Məscidül-Əqsa gərginliyin şahidi olub.

Bu arada sionist media mənbələri İordan çayının qərb sahilinin 12 bölgəsində qarşıdurmaların davam etdiyini bildirir.

Bu gün mindən çox sionist mühacir sionist hərbçilərin dəstəyi ilə Məscidül-Əqsanın həyətlərinə daxil olub və müsəlmanların birinci qibləsinə hörmətsizlik edərək Təlmud ayinləri keçirib. Bu yürüş fələstinlilərlə toqquşmaya səbəb olub.

 “The Times of Israel” yazıb ki, Qüdsün köhnə hissəsində Babud-Dəməşq yaxınlığında keçirilən bayraq yürüşündə iştirak edən bir neçə israilli gənc “Ərəblərə ölüm” şüarları səsləndirib, həmçinin onlar İslam peyğəmbərini təhqir ediblər.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bazar günü axşam saatlarında irqçi sionistlər tərəfindən Məscidül-Əqsanın təhqir edilməsini və Qüds işğalçılarının müsəlmanların birinci qibləsinin xalqına və müdafiəçilərinə hücumunu kəskin şəkildə pisləyib.

Xətibzadə Fələstin xalqı və Qüds müdafiəçilərinin sabitlik və müqavimətini tərifləməklə yanaşı, sionistlərin yeni macəraları və təxribatçı hərəkətləri barədə xəbərdarlıq edib və onlara Qüds idealını İslam dünyasının birinci prioriteti olduğunu xatırladıb.

 Xətibzadə deyib: “Qüdsün hərtərəfli müdafiəsi və sionist aparteid rejimi ilə qarşıdurmada birləşərək hərəkət etmək dünyanın bütün azad insanlarının, xüsusən də müsəlman xalqlar və İslam ölkələrinin borcudur.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − nine =