Sionist general: HƏMAS dənizdə İsrail ordusunu təəccübləndirməyə hazırlaşır

Sionist general: HƏMAS dənizdə İsrail ordusunu təəccübləndirməyə hazırlaşır

Keçmiş İsrail ordusu generalı Fələstin müqavimətinin dəniz imkanları barədə xəbərdarlıq edərək, HƏMAS-ın Qəzzə mühasirəsini aradan qaldırmaq səylərini əsas gətirib.

İsrail hərbi dairələri 2021-ci ildəki son Qəzzə müharibəsindən sonra HƏMAS-ın dəniz imkanlarını gücləndirmək və genişləndirmək üçün böyük səylər göstərdiyini iddia edib.

 “Ərəbi 21” analitik xəbər saytının məlumatına görə, dəniz qüvvələrinin bu cür gücləndirilməsi və inkişafı yüksək sürətli qayıqların və reaktiv xizəklərin təchiz edilməsini əhatə edir. Həmçinin, onlara sərhədə yaxın işğal olunmuş yaşayış məntəqələrinə dənizdən quruya hücumlar həyata keçirməyə imkan verir.

HƏMAS-ın donanma fəaliyyəti ilə bağlı xəbərlər onun son həftələrdə yeni dəniz əməliyyatına başladığını elan etməsi ilə üst-üstə düşür. Fələstin müqaviməti işğalçıların Qəzzə zolağı xalqına tətbiq etdiyi “dəniz mühasirəsini” yarmağa çalışır.

Bundan əlavə, sionist rejim iddia edir ki, HƏMAS hərbi qüdrətini bərpa etməyə, hücum və müdafiə tunellərinin geniş çeşiddə silahlarla, o cümlədən daha dəqiq və ölümcül uzaqmənzilli raketlərlə təchiz edərək yenidən qurmağa, eləcə də zenit-hava qüvvələri və PUA əlethinə raketlərlə davamlı olaraq təmin etməyə çalışır.

İsrail ordusunun keçmiş generalı və Bar-İlan Universitetinin müəllimi Eyal Vinko “İsrail Müdafiəsi” jurnalında dərc olunan qeyddə etiraf edib:

“Bu ardıcıl inkişaflardan sonra HƏMAS gələcək müharibə vəziyyətində İsrail ordusuna yeni və daha çox sürprizlər göstərməyə hazırlaşır.”

İsrail ordusunun keçmiş generalı deyib: “HƏMAS İsrail dəniz gəmilərini və dənizə və sahillərə nəzarət etməyə imkan verən mühüm infrastrukturu hədəf almağa çalışır. Bu hədəflər İsrailin Qəzzə zolağında dəniz mühasirəsini yarmaq cəhdilə bağlı HƏMAS-ın əsas vəzifələrindən biridir.”

HƏMAS-ın Qəzzənın dəniz mühasirəsini yarmaq səylərinə əlavə olaraq, İsrail hərbi dairələri  bu hərəkatın sionist yaşayış məntəqələrinin sahillərinə peşəkar hücumlar təşkil edə və sionistlərin gəmilərini bombalaya biləcəyini ehtimal edirlər.

Bu yaxınlarda ivritdilli media sionist rejimin HƏMAS-a qarşı çəkindirici gücə malik olmadığını etiraf etdi. Sionist “Məariu” qəzeti bildirib ki, Tel-Əviv son 15 ildə HƏMAS müqavimət hərəkatına qarşı çəkindirici gücünü tamamilə itirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × one =