24 saatdan az müddətdə üçüncü fələstinli gənc şəhid edilib

24 saatdan az müddətdə üçüncü fələstinli gənc şəhid edilib

24 saatdan az müddətdə İsrail qüvvələri İordan çayının qərb sahilində üçüncü fələstinli şəxsi güllələyib.

Fələstin Səhiyyə Nazirliyi cümə axşamı gecəsi elan edib ki, 17 yaşlı fələstinli Ovdə Məhəmməd Ovdə Ramullah şəhərinin qərbində maneə divarı yaxınlığındakı Əl-Mədiyyə kəndində sionist hərbçilər tərəfindən güllələnib.

Nazirlik əlavə edib: “Gənc fələstinli döş qəfəsindən xəsarət alaraq Fələstin Tibb Kompleksinə aparılıb, lakin ağır yaralandığından onu xilas etmək mümkün olmayıb və şəhid olub.”

Fələstin Səhiyyə Nazirliyi bu səhər “Əyman Möhsin” adlı fələstinli gəncin Beyti-Leəhmin cənubundakı Əd-Dəhişə düşərgəsində toqquşma zamanı işğalçılar tərəfindən güllələndiyini bildirib.  

Həmçinin Cənin şəhərinin qərbindəki Yəbod qəsəbəsində işğalçılarla fələstinli gənclər arasında baş verən toqquşma zamanı “Bilal Qubha” adlı digər fələstinli gənc də şəhid edilib. Bu, son 24 saatdan az müddətdə üçüncü fələstinli şəhiddir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 1 =