Pakistan şəxsiyyətləri: İmam Xomeyninin (r.ə) fikirləri İslam dünyasını problemlərdən azad etməyin ən yaxşı yoludur
Pakistanın bir sıra siyasi və dini xadimləri İran İslam Respublikasının mərhum banisini vəsf edərkən bu böyük şəxsiyyəti tarixdə əbədiyaşar və ölməz bir həqiqət kimi qiymətləndirib və vurğulayıblar:
İmam Xomeyninin (r.ə) dəyərli yolunun, düşüncə və ideyalarının davam etdirilməsi İslam dünyasını aktual məsələlərdən və problemlərdən azad etməyin ən yaxşı yoludur.
Cümə günü axşam İslamabadda İran İslam İnqilabının əzəmətli banisinin vəfatının 33-cü ildönümünün qeyd olunması ilə eyni vaxtda bu şərəfli şəxsiyyətin parlaq fikir və ideyaları içtirakçılar və natiqlər tərəfindən yenidən səsləndirilib.
Müsəlman Birliyi Şurasının ev sahibliyi etdiyi mərasim Pakistanın paytaxtında Camiətus-Sadiq İslam Mərkəzində keçirilib və mərasimdə bir sıra alim, mütəfəkkir və şairlər, eləcə də İran İslam Respublikasının Pakistan səfirliyinin mədəniyyət müşaviri Ehsan Xüzai iştirak edib.
Mərasimdə iştirak edən pakistanlı şəxsiyyətlərin çıxışının ortaq nöqtəsi İmam Xomeyninin (r.ə) İslam dünyasında vəhdətin möhkəmləndirilməsi istiqamətindəki rolu və əvəzolunmaz səylərinin vurğulanması olub.
Onlar İran İslam İnqilabının mərhum banisinin dəyərli yolunun, fikir və ideyalarının davamını İnqilabın Ali Məqamlı Rəhbəri Ayətullah Xameneinin göstərişlərinə diqqət yetirmək işığında İslam dünyasının aktual problemlərdən xilas edilməsinin ən yaxşı yolu hesab ediblər.
Natiqlər həmçinin bəzi müsəlman hökmdarlarının bölgədəki ifratçılıq və bölücü siyasətlərini tənqid edərək, bu ölkələrin bəzilərinin məzlum Fələstin xalqına xəyanətini sərt şəkildə tənqid ediblər:
Amerika Birləşmiş Ştatlarının və sionist rejimin müttəfiqləri heç vaxt İslam dünyasının problemlərinin həllinə kömək etmək üçün heç bir addım atmayacaq və onlar müsəlman xalqların üzləşdiyi problem və məsələləri daha da ağırlaşdıracaqlar.
Pakistan Müsəlman Birliyi Məclisi Partiyasının sədri Əllamə Nasirabbas Cəfəri İmam Xomeyninin vəfatının ildönümünə həsr olunmuş konfransdakı çıxışında deyib:
Mərhum İmam Xomeyninin (r.ə) zalım rejimə, sionizmə və imperializm güclərinə qarşı mübarizəsi İslam dünyasının hər bir fərdinin daxili hisslərini oyadıb onları hakim güclərə qarşı dünya inqilabına hazırladı.
O, əlavə edib: İslam Respublikasının qurucusu dünya müsəlmanlarını ABŞ və onun müttəfiqlərinin, o cümlədən İslama qarşı qeyri-qanuni İsrail rejiminin fitnə və düşmənçiliyinə qarşı vaxtında ayıldı.