Bakıdan Batumiyə ilk uçuş həyata keçirildi

Bakıdan Batumiyə ilk uçuş həyata keçirildi

Publika.az xəbər verir k, bu barədə Azərbaycanın Batumidəki baş konsulluğundan bildirilib.

Batumi hava limanında “Buta airways” hava yollarının qarşılanma mərasimində Azərbaycanın Batumi şəhərindəki baş konsulu Pərviz İsmayılzadə, Acarıstanın Turizm departamentinin rəhbəri Tinatin Zoidze, Batumi beynəlxalq hava limanının meneceri Əli Özgür Pəhlivan və “Buta airways” hava yollarının Batumi şəhərindəki nümayəndəsi və digər rəsmi qonaqlar iştirak ediblər.

Batumi aeroportunda Bakıdan gələn qonaqları Acarıstan milli rəqs qrupu musiqi ilə qarşılayıb.

Sərnişinlər Gürcüstan mətbəxinin ləziz təamlarını dadıblar.

Bakı-Batumi-Bakı istiqamətində reyslər həftədə iki dəfə həyata keçiriləcək.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five + 6 =