Tarixin axarını dəyişən ilahi şəxsiyyət İmam Xomeyni

Tarixin axarını dəyişən ilahi şəxsiyyət İmam Xomeyni

İran İslam İnqilabının banisi İmam Ruhullah Xomeyni (r.ə) müsəlmanlar arasındakı vəhdət yolunda böyük addımlar atıb.

İmam Xomeyninin (r.ə) rəftar metodunu araşdırıb mütaliə edən hər kəs onun “İslami vəhdət” məsələsinə önəm verməsindən xəbərdar olar.

 “İslami vəhdəti” məsələsinə verdiyi önəm İmamın digərlərindən fərqləndirir.

Bu, əvvəlcə onun inqilabında, sonra isə İslam Respublikasının formalaşmasında öz əksini tapdı, çünki o hesab edirdi ki, “İslami vəhdət” müsəlmanların öz qürur və ləyaqətini bərpa etmək üçün yeganə yoldur.

İmam Xomeyni (r.ə) Peyğəmbəri-Əkrəmi (s) müsəlmanların vəhdətinə zəminə yaradan şəxs kimi tanıtdı və onun mövlud tarixi ilə bağlı rəvayətlər fərqini müsəlmanlar arasında birlik fürsəti olaraq elan etdi.

Sünnilər Rəbiul-əvəl ayının 12-də, şiələr isə Rəbiül-əvvəl ayının 17-də Peyğəmbəri-Əkrəmin (s) mövlud tarixini qeyd edirlər və İmamın bu addımı ilə müsəlmanlar arasında bu mövzuda ixtilaf əbədi olaraq aradan qalxdı.

İmam Xomeyninin “İslami vəhdət” yolunda atdığı digər bir addım mübarək Ramazan ayının sonuncu cümə gününün Ümumdünya Qüds günü elan edilməsi olub.

O, yaxşı bilirdi ki, “Qüds” müsəlmanlar arasında birliyin möhkəmləndirilməsində mühüm məsələdir.

Bu gün müsəlmanların və bəşəriyyətin düşmənləri tərəfindən işğal edilmiş müsəlmanların ilk qibləsi olan Məscidül-Əqsanın mövcudluğu sayəsində “Qüds”ün xüsusi yeri var.

İmam Xomeyni saxta Amerika İslamı sayəsində müsəlmanlara yürüdülən dərin qəflət yuxusundan onları oyatmaq üçün “Məhəmmədə mənsub xalis İslam” məfhumunun yayılmasına təkid etmişdir.

Əvvəlcə ABŞ və keçmiş Sovet İttifaqının başçılıq etdiyi istismarçı və müstəmləkə dünya elə düşünürdü ki, İmam Xomeyninin islam birliyinə və xalis Məhəmməd İslamına aid şüarlar verməsi inqilabın başlanğıcında verilən keçici şüarıdır və şəxsi maraqlar onu bu şüarları səsləndirməkdən çəkindirəcək.

Amma baş verənlər istismarçı inancın əksinə idi. Zaman keçdikcə İmam Xomeyninin İslami birliyə və Məhəmmədəmənsub (s) xalis İslama önəm verməsi sayəsində bu iki məsələ müsəlmanların qüdrət və qələbə simvolu olan İran İslam İnqilabının ən mühüm hədəflərinə çevrildi.

Qlobal istismar bütün silahlarını İran İslam Respublikasına qarşı işə saldı və səkkiz il ona qarşı ədalətsiz müharibə baş verdi. Eyni zamanda, dörd onillik ərzində dərman və qida embarqosu vasitələrindən istifadə etdi.

Amerika çoxlu vəhhabi versiyaları İslamını işə saldı, lakin bütün bunlar tarixin gedişatını dəyişdirən ilahi şəxsiyyət İmam Xomeyninin iradəsini dəyişmədi və o qlobal istismarın bütün planlarını alt-üst etdi.

Fələstini İslam xalqlarının yaddaşında canlandırdı. İslam xalqları, xüsusilə Fələstin xalqına müqavimət və özünə inam ruhu aşıladı.

Bu gün sionist rejimin yüksək səviyyəli rəhbərləri ilk dəfə olaraq onların saxta rejiminin səkkizinci onilliyə çatacağına dair şübhələri olduğunu bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × five =