Xalid Əl-Bətaşdan Bennetin sözlərinə reaksiya: Biz İsrailin süqutuna əminik

Xalid Əl-Bətaşdan Bennetin sözlərinə reaksiya: Biz İsrailin süqutuna əminik

İslami Cihadın siyasi ofisinin üzvü İsrail Baş nazirinin rejimin süqutunu etiraf etməsinə cavab olaraq bunu Fələstin xalqının davamlı müqaviməti və sabitliyi ilə əlaqələndirib.

İslami Cihadın siyasi ofisinin üzvü Xalid Əl-Bətaş bu gün (şənbə günü) deyib:

“Sionist düşmənə qarşı durmağın yeganə yolu müqavimətin ağrılı zərbələri və bütün sahələrdə milli fəaliyyətdir.”

O, əlavə edib: “Sionist rejimin İordan çayının qərb sahili və Qüdsdəki hərəkətləri sionistlərin Qüds Qılıncının döyüşündə itirilmiş əzəmətini geri qaytarmaq üçündür.”

Əl-Bətaş deyib: “Fələstinlilərə qarşı bu addımlar və onların qanının axıdılması Naftali Bennetin rəhbərlik etdiyi işğalçı kabinetin öz üstünlüyünü göstərmək və Fələstin xalqını sıxışdırmaqda üstünlüyə malik olduğunu iddia etmək üçün atdığı yeni addımlardır.”

O bildirib: “Bu ilin əvvəlindən bu yana fələstinli şəhidlərin sayı 71-ə çatıb, onlardan 4-ü son 48 saatda şəhid olub.”

Əl-Bətaş vurğulayıb ki, Qüds və İordan çayının qərb sahilində şəhərsalmaların artırılması Fələstin torpaqlarına İsrail kimliyini sırımaq və diktə etmək məqsədi daşıyır.

İsrailin Baş naziri Naftali Bennetin İsrail rejiminin qaçılmaz süqutu ilə bağlı mövqeyinə gəlincə, o deyib:

Biz İsrailin süqutuna inanırıq və bu, Qurani-Kərimdə verilən bir vəddir və Quran bunu elan etmişdir. Ancaq İsrailli qərar qəbul edənlərin bunu etiraf etməsi Fələstin mövqelərinin təzyiqi və Fələstin xalqının müqavimətinin nəticəsidir. Bu, İsrailin tənəzzül yolunda olduğuna işarədir və müqavimətə önəm vermək lazımdır.

Əl-Bataş İsrailin İranda törətdiyi terror aktları haqqında da deyib: İsrailin İran da daxil olmaqla, bölgədəki müqavimətin bütün ünsürlərini hədəfə almaq üçün dəqiq planı var. Məqsəd İranın dinc nüvə proqramını dəstəkləmək səylərinin qarşısını almaq və onun Fələstin müqavimətinə yardımını dayandırmaqdır.

Fələstin mənbələri altı fələstinli balıqçının İsrail donanması tərəfindən həbs olunduğunu bildirib.

İsrail hərbi gəmiləri Qəzza sularında Fələstin balıqçı gəmisinə hücum etdikdən sonra 6 fələstinlini həbs edərək naməlum yerə aparıb.

Fələstinli balıqçılar davamlı olaraq İsrail ordusunun hücumuna məruz qalır və dəfələrlə balıq tutarkən yaralanır və ya güllələnir, balıqçı qayıqlarının çoxu müsadirə olunur.

Sionist yaraqlılar işğal altındakı Qüds və İordan çayının qərb sahilinə hücum edir. Digər tərəfdən, İsrail qüvvələri işğal altındakı Qüds və İordan çayının qərb sahilinin müxtəlif bölgələrində çox sayda fələstinlini nəzarətə götürüb.

Məlumata görə, sionist hərbçilər ötən ay fələstinlilərə qarşı 4342 zorakılıq aktı həyata keçirib və bu zaman 10 fələstinli şəhid olub.

İşğalçı İsrail qüvvələri fələstinlilərə 335, yəhudi köçkünlər isə 219 dəfə hücum edib.

İsrail işğalçılarının İordan çayının qərb sahilinin müxtəlif bölgələrində təşkil etdiyi hücumlarda 1487 nəfər yaralanıb. Sionist hərbçilər ötən may ayında onlarla uşaq da daxil olmaqla 603 fələstinlini həbs ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 1 =