Rusiya “İsgəndər” və “Pantsir”ləri Belarusla sərhədə yığdı

Rusiya “İsgəndər” və “Pantsir”ləri Belarusla sərhədə yığdı

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, ötən sutka ərzində Ukrayna Silahlı Qüvvələri Donetsk və Luqansk istiqamətlərində rusların 7 hücumunu dəf edib, 4 tankı, 3 artilleriya sistemini, 8 zirehli döyüş maşını və 3 texnikasını məhv edib. Hava hücumundan müdafiə bölmələri Ka-52 döyüş helikopterini və PUA-nı vurub.

Bildirilib ki, Volın və Polesye istiqamətlərində vəziyyətdə ciddi dəyişiklik yoxdur: “Severski istiqamətində isə düşmən Ukrayna-Rusiya sərhədinin Bryansk və Kursk vilayətlərindəki hissəsini ciddi şəkildə qoruyur. Sərhəd bölgələrində mövcud olduqlarını nümayiş etdirmək üçün ayrı-ayrı düşmən bölmələri fəaliyyət göstərir, Çerniqov və Sumı rayonlarının infrastrukturunu atəşə tutur. Slobojanski istiqamətində düşmən top artilleriyasından, çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən, minaatanlardan və tanklardan qüvvələrimizi atəşə tutmaqda davam edir. Ruslar hücuma dəstək olaraq nəqliyyat infrastrukturunu intensiv şəkildə bərpa edir və müvəqqəti işğal olunmuş ərazilərdə çaylar üzərindən ponton-dəmiryol keçidləri gətirir. Xarkov istiqamətində fəal müdafiə olunurlar, əsas səylər xətlərin saxlanmasına yönəldilir”.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven − 3 =