Taliban Hindistan rəsmisinin İslam Peyğəmbərini (s) təhqir etməsini pisləyib

Taliban Hindistan rəsmisinin İslam Peyğəmbərini (s) təhqir etməsini pisləyib

Taliban hərəkatı Hindistan rəsmisinin İslam Peyğəmbərini (s) təhqir etməsini və müsəlmanların duyğularını incitməsini pisləyib.

Əfqanıstan saytının müxbirinin verdiyi məlumata görə, Taliban sözçüsü Zəbihullah Mücahid Hindistan rəsmisinin İslam Peyğəmbərini təhqir etməsinə reaksiya verib.

Mücahid bu gün (bazar ertəsi) tvitter hesabında yazıb: “Əfqanıstan İslam Əmirliyi Hindistanın hakim partiyasının rəsmisinin İslam Peyğəmbərinə (s) təhqiramiz ifadələr işlətməsini pisləyir. Biz Hindistan hökumətini bu cür təəssübkeşlərin müqəddəs İslam dinini təhqir etməsinə və müsəlmanların hisslərini incitməsinə imkan verməməyə çağırırıq.”

“Bharatiya Janata” ekstremist partiyasının sözçüsü Navin Kumar Cindalın İslam Peyğəmbərini (s) təhqirindən sonra Hindistanın hakim partiyası etirazların artmasına görə, partiya onun fəaliyyətini dayandırdığını elan edən bəyanat yayıb.

Hindistanın hakim partiyası bəyanatda vurğulayıb: “Biz bütün dinlərə hörmət edirik və hər hansı din və ya inancı təhqir etməyə çalışan istənilən ideologiyaya qarşıyıq və Hindistan konstitusiyası bütün dinlərə hörmət etməklə yanaşı, onlara inanc azadlığı verir.”

İran, Qətər və Küveyt də Hindistanın bu ölkələrdəki səfirlərini çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three + 20 =