Taliban iqtisadiyyat nazirinin müavini: İmam Xomeyni (r.ə) hərəkatı Əfqanıstanda mütəmləkəçiliklə mübarizə ruhiyyəsini gücləndirdi

Taliban iqtisadiyyat nazirinin müavini: İmam Xomeyni (r.ə) hərəkatı Əfqanıstanda mütəmləkəçiliklə mübarizə ruhiyyəsini gücləndirdi

Taliban hərəkatının iqtisadiyyat nazirinin müavini deyib: “İran İslam İnqilabının qələbəsi region ölkələrində və Əfqanıstanda mütəmləkəçiliklə mübarizə ruhiyyəsini gücləndirdi və bu səbəbdən Qərb bu ölkələrə qarşı sanksiyalar tətbiq etdi.”

Talibanın iqtisadiyyat nazirinin müavini Əbdüllətif Nəzəri müsahibəsində deyib ki, mütəmləkəçiliklə mübarizə həmişə İslam dünyasında baş verən hərəkatların xüsusiyyəti olub və İran İslam İnqilabının qələbəsi regionda böyük dəyişiklik yaratdı ki, bu da Əfqanıstana təsir etdi.

İran mətbuatına verdiyi müsahibədə o, əlavə edib: “İmam Xomeyni (r.ə) inqilabının ən mühüm göstəricisi siyasi, mədəni və hətta iqtisadi müstəqillik idi və buna görə də inqilab özünün ilk günlərində müstəmləkə dövlətlərin sanksiya və təzyiqləri ilə üzləşdi və inqilabdan qırx ildən artıq bir zaman keçməsinə baxmayaraq, biz hələ də sanksiyaların davam etməsinin şahidi oluruq.”

Nəzəri vurğulayıb ki, istismarçı güclər heç vaxt İslam ölkələrinin müstəqil olmasını, tərəqqi və inkişafa nail olmasını istəmirlər.

Hansı ölkənin müstəqilliyə, özünü təmin etməyə istiqaməti dəyişsə, o ölkə sanksiyalar və təzyiqlərlə üzləşir.

O, əlavə edib: “Hazırda biz Əfqanıstanda bu istismarçı siyasətin şahidi oluruq və NATO və ABŞ-ın məğlubiyyətindən və xarici qüvvələrin ölkədən çıxarılmasından və yeni hökumətin hakimiyyətə gəlişindən sonra, sanksiyalar tətbiq edilib və Əfqanıstanın xarici valyuta ehtiyatları dondurulub.”

Talibanın yüksək rütbəli üzvü həmçinin deyib: İnqilabın qələbəsindən sonra istismar və müstəmləkəçilik əleyhinə fəaliyyətlər təkcə İran coğrafiyasında qalmayaraq İslam dünyasının digər bölgələrinə yayılıb və bu, həmin müstəmləkəçi ölkələrin qəzəbinə səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 + 2 =