Çavuşoğlu və Lavrov görüşünün gündəliyi məlum olub

Çavuşoğlu və Lavrov görüşünün gündəliyi məlum olub

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və rusiyalı həmkarı Sergey Lavrov arasında görüşün gündəliyi açıqlanıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər Rusiya-Türkiyə münasibətlərinin vəziyyəti və inkişaf perspektivlərini müzakirə edəcək, həmçinin Ukrayna, Cənubi Qafqaz, Yaxın Şərq və Şimali Afrika, Mərkəzi Asiya və Qara dəniz regionunda durumla bağlı fikir mübadiləsi aparacaqlar.

Qeyd edək ki, XİN başçıları arasında görüş sabah Türkiyənin paytaxtı Ankarada baş tutacaq.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − eleven =