Bu il Azərbaycanda Həcc ziyarətinə 6 milyondan çox PUL XƏRCLƏNƏCƏK

Bu il Azərbaycanda Həcc ziyarətinə 6 milyondan çox PUL XƏRCLƏNƏCƏK

Azərbaycanda Həcc ziyarətinə qeydiyyat başa çatıb. 

Lent.az xəbər verir ki, bu il Həcc ziyarətinə Azərbaycan zəvvarları üçün 680 nəfərlik kvota ayrılıb. Ziyarətin qiyməti 9 106 manat müəyyən olunub.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri Lent.az-a bildirib ki, 680 nəfərlik bütün yerlər dolub. 

Bu da o deməkdir ki, bu il Azərbaycandan gedən zəvvarlar ümumilikdə  Həcc ziyarətinə altı milyon yüz doxsan iki min səksən (6192080) manat xərcləyəcəklər.

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − fifteen =