Sionist rejim tərəfindən güllələnən fələstinlinin şəhadəti-Foto

Sionist rejim tərəfindən güllələnən fələstinlinin şəhadəti-Foto

Fələstin Səhiyyə Nazirliyi elan edib: 27 yaşlı fələstinli Mahmud Fayiz Əbu Əyhur Şimali Hebron şəhərində toqquşmalar zamanı sionist hərbçilər tərəfindən güllələnib.

Fələstin mənbələrinin bildirdiyinə görə, şəhid daha əvvəl tənəffüs çatışmazlığı ilə xəstəxanaya aparılıb və birbaşa əməliyyat otağına göndərilib, lakin ürəyinin əsas damarlarının zədələnməsi ağır olduğundan, həkimlər onu xilas edə bilməyib.

Fələstin Səhiyyə Nazirliyi açıqlamasında əlavə edib: “Bu qarşıdurma zamanı dörd fələstinli də hərbi və plastik güllələrdən yaralanıb.”

Sionist qüvvələr fələstinli gənclərlə toqquşma zamanı səs bombası və gözyaşardıcı qazdan istifadə edib və nəticədə çox sayda fələstinli təngnəfəsliyə düçar olub.

İsrail qüvvələri toqquşma zamanı bir gənc fələstinlini də saxlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − one =