Sionistlər Əl-Əqsa məscidində qızlar mədrəsəsinə hücum ediblər-Foto
Sionist işğalçılar bu gün (cümə axşamı) Əl-Əqsa məscidində qızlar üçün nəzərdə tutulmuş dini mədrəsəyə basqın edərək bir qadını həbs ediblər.
Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, sionist mühacirlərin yenidən Məscidül-Əqsaya hücumu ilə eyni vaxtda həyata keçirilən hücumda sionist hərbçilər Məscidül-Əqsadakı qızlar mədrəsəsində bir qadını həbs edərək, onu Beytəl-Yahu istintaq mərkəzinə aparıblar.
Bu gün sionist mühacirlər yenidən Məscidül-Əqsanın həyətinə hücum ediblər.
Fələstin İnformasiya Mərkəzi həmçinin səkkiz ildir ki, sionist rejimin zindanında məhbus olan və iki gündür azad edilmiş fələstinli Məhəmməd Əl-Firavinin yenidən həbs edildiyini bildirib.