Şimali Koreyada XİN başçısı və Baş Qərargah rəisi dəyişib

Şimali Koreyada XİN başçısı və Baş Qərargah rəisi dəyişib

Koreya Xalq Demokratik Respublikasında (KXDR) Koreya Əmək Partiyasının (KƏP) Mərkəzi Komitəsinin (MK) səkkizinci çağırış Plenumu yeni xarici işlər nazirini, eləcə də Koreya Xalq Ordusunun Baş Qərargah rəisini təyin edib.

“Report” xəbər verir ki, bu barədə “Rodong Sinmun” qəzeti yazıb.

Xarici İşlər Nazirliyinə Li Son Qvonun yerinə gələcək Çxve Son Xe rəhbərlik edəcək. Baş Qərargah rəisi isə Ri Te Sop olub. O, Pak Çon Çxonu əvəzləyib.

Qəzet kadr dəyişikliyinin səbəbləri barədə məlumat vermir. Plenumun yekunu olaraq Əmək Partiyasının mərkəzi aparatında, müxtəlif komitələrdə və ordu strukturlarında digər dəyişikliklərlə bağlı bir sıra qərarlar qəbul edilib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + three =