Pekindən Pentaqona XƏBƏRDARLIQ: müdaxilə etsə…

Pekindən Pentaqona XƏBƏRDARLIQ: müdaxilə etsə…

Publika.azxəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

“ABŞ ölkəmizin daxili işlərinə qarışmamalıdır. Bu, Çin-Amerika münasibətlərini xilas etməyin yeganə yoludur”, – Çinli nazir deyib.

Vey Fenxe bildirib ki, Vaşinqton ÇXR-in (Çin Xalq Respublikası) imicini ləkələməyi dayandırmalıdır. Çin müdafiə naziri, həmçinin Pekinin maraqlarını hər cür pozmağa çalışan Ağ Evin təzyiqlərini qəbuledilməz adlandırıb.

“Çin ABŞ-la münasibətləri iki aparıcı gücə yaraşacaq şəkildə inkişaf etdirməyə çalışır. Ölkələrimizin silahlı qüvvələri qarşıdurmadan qaçmalıdır”, – nazir deyib. 

Vey Fenxe qarşılıqlı əlaqələri davamlı şəkildə gücləndirmək üçün hər iki ölkənin ordusunun vacibliyini bir daha təsdiqləyib:

“Birləşmiş Ştatlar ÇXR-in inkişafı və güclənməsi prosesinə ağlabatan şəkildə yanaşmalıdır”.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × three =