İordan çayının qərb sahilində sionistlərlə toqquşmalarda 100 fələstinli yaralanıb

Fələstin Qırmızı Aypara Cəmiyyəti İordan çayının qərb sahilinin müxtəlif bölgələrində sionistlərlə toqquşmalarda 100-ə yaxın fələstinlinin yaralandığını bildirib.
İşğalçı İsrail əsgərləri və məskunlaşmaçılar cümə günü İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə, o cümlədən Hebron, Nablus və Qəlqəliyyəyə hücum edib və fələstinlilərə qarşı sərt tədbirlər həyata keçirib.
Fələstin Qırmızı Aypara Cəmiyyəti verdiyi açıqlamada cümə günü İordan çayının qərb sahilində baş verən qarşıdurmalarda 100-ə yaxın fələstinlinin yaralandığını vurğulayıb.
Açıqlamada onlardan 21-nin Nablusun şərqində və cənubundakı Beyti-Dican Dejan və Beytədə işğalçılarla toqquşma zamanı güllə yarası aldığı bildirilib.